SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında baş tutan görüş bitib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı hər iki lider arasında ilkin razılaşmalar əldə olunub. Belə ki, V.Putin məsləhətləşmələr üçün geri çağırılan ABŞ və Rusiya səfirlərinin yenidən vəzifələrinin icrasına başlaması ilə bağlı Baydenlə razılaşma əldə edildiyini açıqlayıb.

Bundan başqa, Rusiya lideri amerikalı məhkumların ölkələrinə təhvil verilə biləcəyini də bildirib.

"Bayden ilə kibertəhlükəsizlik sahəsində məsləhətləşmələrə başlanılması ilə bağlı razılaşdıq. Bu çox vacibdir", - deyə V.Putin əlavə edib.

BAKU.WS