SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Deniz Seki İbrahim Tatlısəsin onun ünvanına səsləndirdiyi “Bəs deyirdin arıqlamışam? Nə oldu? Yenə də nağaraya bənzəyirsən!” sözlərindən sonra acığa düşərək daha da arıqlayıb.

BAKU.WS “haberler.com”a istinadən xəbər verir ki, o gündən indiyə qədər xeyli çəki atan sənətçi 22 kiloqram arıqladığını bildirib.

Onun hazırda bədən ölçüsü 36-dır. Deniz yeni çəkdirdiyi fotolarını "Instagram" hesabında izləyiciləri ilə bölüşüb.

Müğəninin fit görünüşlü şəkilləri izləyicilər tərəfindən çox bəyənilib. Denizin paylaşımlarına minlərlə bəyəni və şərh gəlib.

Qeyd edək ki, İbrahimin Seki haqqında söylədiyi fikirlər uzun müddət sosial şəbəklərdə müzakirə obyektinə çevrilmişdi.

BAKU.WS
QALEREYA