SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pence-Şimşek” əməliyyatı davam edir.

BAKU.WS “trthaber”ə istinadən xəbər verir ki, ötən gün keçirilən əməliyyatlar zamanı Türk ordusunun bir əsgəri şəhid olub.

Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, terrorçular tərəfindən quraşdırılan partlayıcının işə düşməsi nəticəsində bir əsgər ağır yaralanıb.

Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS