117 yaşlı qadının DNT-si uzunömürlülük sirrlərini açdı
117 yaşında vəfat edən Mariya Branyasın DNT-si üzərində aparılan araşdırma onun uzunömürlülük səbəblərinə işıq salıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Barselonada aparılan tədqiqatda Branyasın genomunun yaşına baxmayaraq gənc xüsusiyyətlərə malik olduğu müəyyən edilib. Onun immunitet, ürək və beyin sağlamlığı ilə bağlı nadir genetik üstünlüklərə sahib olduğu bildirilib.
Qadının yaxşı xolesterol səviyyəsinin yüksək, pis xolesterol və triqliseridlərinin isə çox aşağı olduğu açıqlanıb. Həmçinin onun həyat tərzi – sosial aktivlik və Aralıq dənizi tipli qidalanma (Aralıq dənizi ölkələrinin (İtaliya, Yunanıstan, İspaniya və s.) ənənəvi yemək vərdişlərinə əsaslanan sağlam qidalanma modelidir. Həkimlər uzunömürlülük və ürək-damar sağlamlığı üçün ən faydalı qidalanma üsullarından biri hesab edirlər.) da mühüm amil kimi göstərilib.
Araşdırma nəticələri Cell Reports Medicine jurnalında dərc olunub.
Oxşar xəbərlər
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zə...