SİZİN REKLAM BURADA!
055 213 76 73


Müharibə zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri Müdafiə Nazirliyi binasına hücuma keçiblər.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qəzəbli kütlə nazirlik binasına hücum edərək dəmir qapını yerindən çıxarmağa cəhd göstəriblər. Etirazçılarla polis arasında da qarşıdurma baş verib.

Qeyd edək ki, artıq 24 saatdan çoxdur, erməni hərbçilərin valideynləri və yaxınları Müdafiə Nazirliyi binasını mühasirəyə alıb.

BAKU.WS
VİDEO