SİZİN REKLAM BURADA!
055 213 76 73


Çeçenistanın rəhbəri Ramzan Kadırov Nobel Sülh Mükafatına namizəd göstərilib.

BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin (INC) prezidenti Vyaçeslav Tyutyunnik məlumat yayıb.

Onun sözlərinə görə, Kadırovun "Son 15 ildə Çeçenistanda sülhün yaradılması və qorunmasına verdiyi böyük töhfəsinə görə" namizədliyi irəli sürülüb.

Qeyd edək ki, məxfi olduğu üçün Ramzan Kadırovun Nobel mükafatına kim tərəfindən namizəd göstərildiyi açıqlanmır.

Kadırov Şimali Qafqazdakı silahlılarla apardığı mübarizəyə özünü Nobel mükafatına layiq bilib. Onun fikrincə, amerikalılardan fərqli olaraq beynəlxalq terrorizmə qarşı mübarizədə müvəffəq olub.

BAKU.WS