Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi

27
fev
2021
19:07
Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.
O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qorumalıdır.
Oxşar xəbərlər
Paşinyan Putindən kömək istəyib - İrəvanda mövcud vəziyyət - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, telefon danışığı Ermənis...