SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK-nın daha üç terrorçusunun məhv edildiyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin xəbərində qeyd olunur ki, terrorçular Qara ərazisində pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirilib.

Beləliklə, Türkiyənin Silahlı Qüvvələrinin regionda keçirdiyi “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı çərçivəsində məhv edilmiş terrorçuların sayı 53 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyin təmin olunmasına və daha əvvəl terrorçular tərəfindən oğurlanmış vətəndaşlarının axtarışlarına yönəldilmiş “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı 2021-ci ilin 10 fevralında başlanmışdı.

Hərbi Hava Qüvvələrinin əməliyyatı çərçivəsində terrorçular tərəfindən sığınacaq və anbarlar kimi istifadə edilən 50-dən çox obyekt məhv edilib.

BAKU.WS