SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsində “Qartal Pəncəsi-2” adlı antiterror əməliyyatı keçirir.

BAKU.WS xəbər verir ki, 10 fevral 2021-ci il tarixində başladılan əməliyyatlar nəticəsində terrorçularla toqquşmada 3 türk hərbçisi həyatını itirib, digər üçü isə yaralanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi şəhid olan hərbçilərlə bağlı məlumat yayıb və hərbçilərin ailələrinə başsağlığı verib.

“Qartal Pəncəsi-2” əməliyyatı zamanı eyni zamanda 2 PKK/YPG terrorçusu da zərərsizləşdirilib. Bölgədə sülhün təmin olunması istiqamətində əməliyyatlar davam etdirilir.

Qara bölgəsi haradır?

Qara bölgəsi Şimali İraqın dağlıq bölgəsinə verilən addır. Qara bölgəsi Türkiyə ilə sərhəddən təxminən 40 kilometr məsafədə yerləşir. Ərazidə çoxlu təpələr var. Qara dağı Qəndildən uzaq olsa da, dağlıq ərazi baxımından Qəndil dağı qədər əhəmiyyətlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da PKK terrorçularına qarşı əməliyyatların keçirilə biləcəyi ilə bağlı açıqlama vermişdi: "Bir neçə dəfə demişəm və yenidən təkrar edirəm ki, Türkiyə Silahlı Qüvvələri Sincar bölgəsində PKK terrorçularını məhv etmək üçün əməliyyata istənilən vaxtda başlaya bilər".

BAKU.WS
VİDEO