VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını blokladıqdan sonra “Twitter”in səhmləri ABŞ-dakı hərraclarda təxminən 4 % ucuzlaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, “Twitter”in səhmləri 49,54 ABŞ dolları həcmində ticarət olunub.

Bu da öncəki günün bağlanış qiyməti ilə müqayisədə 3,77 %-lik azalma deməkdir.

Xatırladaq ki, bundan əvvəl “Twitter” rəhbərliyi şiddətə təhriketmə riski səbəbindən Trampın hesabına girişi yasaqlayıb. Bundan sonra isə Trampın seçki qərargahının hesabı bloklanıb. Bütün bunlardan öncə isə ABŞ-ın hazırkı başqanının “Facebook”, “Instagram”, “Twitch”, “Snapchat” səhifələri bloklanmışdı.

BAKU.WS