"Youtube"dan ən çox qazanan şəxslərin adları açıqlandı - SİYAHI

Youtubedan ən çox qazanan şəxslərin adları açıqlandı - SİYAHI
Siyasət 1347

"Forbes" jurnalı "Youtube"dan ən çox qazanan şəxslərin adlarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, 2020-ci ildə ən çox qazanan 9 yaşlı Ryan olub. O, 29,5 milyon dollar qazancı ilə siyahıda birinci pillədədir. Bununla da o, üçüncü ildir ki, öz nəticəsini təkrarlayaraq ilk pillədəki yerini qoruyub.

ABŞ-ın Texas şəhərində yaşayan Ryan ailəsinin təşəbbüsü ilə 2015-ci ildə kanalında video yayımlamağa başlayıb. "Ryans World" adlı kanal kiçik oğlana məxsus 9 kanaldan biridir.

Kanalın 41,7 milyon abunəçisi və 12,2 milyard baxışı diqqət çəkir. Əsasən "YouTube"da oyuncaqları nəzərdən keçirən Ryanın bir televiziya kanalında öz proqramı var.

"Forbes" jurnalının yayımladığı siyahıya əsasən "YouTube"da ən çox qazanan 10 kanal bunlardır:

1. Ryan Kaji – 29,5 milyon dollar

2. Mr Beast – 24 milyon dollar

3. Dude Perfect – 23 milyon dollar

4. Rhett and Link – 20 milyon dollar

5. Markiplier - 19,5 milyon dollar

6. Preston Arsement – 19 milyon dollar

7. Nastya – 18,5 milyon dollar

8. Blippi - 17 milyon dollar

9. David Dobrik - 16 milyon dollar

10. Jeffrey Lynn Steininger - 15 milyon dollar

Son xəbərlər