SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu zamana qədər bir çox proqnozları doğru çıxan öncəgörücü Vanqanın 2020-ci il barədə verdiyi proqnozları da doğru çıxıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, hələ illər öncə 2020-ci ildə yeni epidemiyanın yayılacağını və bütün dünyanın bu xəstəlikdən əziyyət çəkəcəyini bildirmişdi. Dünyada baş verəcək hadisələrin ən düzgün proqnozlarını verən Vanqa 2021-ci ildə Yerin orbitində cüzi dəyişikliklərin olacağını da bildirib. 

Əsl adı Vangeliya Pandeva olan Baba Vanqa 31 yanvar 1911-ci ildə hazırkı Makedoniyanın Strumitza kəndində anadan olub. 16 yaşında ildırım vurması nəticəsində görmə qabiliyyətini itirən Vanqanın dedikləri reallaşdıqda insanlar onun 2021-ci ilə dair verdiyi proqnozu araşdırmağa başlayıb.

Sizə Vanqanın 2021-ci il və sonrakı yaxın illər ərzində baş verəcək hadisələr barəsində verdiyi proqnozu təqdim edirik:

2021-ci ildə Yerin orbitində cüzi bir dəyişiklik baş verəcək.

2028-ci ildə yeni bir enerji kəşf ediləcək. Dünyada aclıq azalacaq. Veneraya insanlı vasitə göndəriləcək.

2033-cü ildə Arktika buzlaqları əriyəcək. Okeanlarda su səviyyələri yüksələcək.

2043-cü ildə dünya iqtisadiyyatı bərpa olunacaq. Avropada müsəlmanlar üstünlük təşkil edəcək.

BAKU.WS