SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah ixracatı qadağasının 2021-ci ilin sonuna qədər “sərtləşdirmə” ilə uzandığını bildirib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Almaniyadakı hökumət 2021-ci ildə digər Avropa ölkələri ilə ortaq şəkildə istehsal olunan silahlar xaricində Səudiyyə Ərəbistanına silah ixracı üçün qadağaya davam edəcək.

Səudiyyə Ərəbistanına silah ixracı üçün əvvəllər verilən icazələr də ləğv ediləcək.

Yəməndəki müharibə və Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçının öldürülməsi səbəbindən Berlin 2018-ci ildə Ər-Riyada silah ixracını dayandırıb. Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah ixracına qoyulan qadağanı bir neçə dəfə uzadıb.

BAKU.WS