Türkiyədə karantin sərtləşdirildi - Küçəyə çıxmaq qadağası yenidən qüvvəyə minir

Türkiyədə həfətəiçi hər gün saat 21:00-dan səhər saat 05:00-dək küçəyə çıxmaq qadağan olunacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə nazirlərlə birgə keçirilən kabinet toplantısından sonra açıqlama verən R.T.Ərdoğan yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar belə bir qərar verildiyini bildirib.
Türkiyə Prezidenti deyib ki, cümə günləri saat 21:00-dan bazar ertəsi sabah saat 05:00-dək ümumiyyətlə küçəyə çıxılmayacaq. Qərar dekabrın 1-dən qüvvəyə minəcək.
Prezident yaşı 65-dən yuxarı və 20-dən aşağı olan əhalinin ictimai nəqliyyatdan isitifadəsinin qadağan olunacağını da bildirib.
Oxşar xəbərlər
Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb. BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronav...
