Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək
23-26 aprel tarixlərində Türkiyənin 30 böyük şəhərində küçəyə çıxmaq qadağan olunacaq.
BAKU.WS-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 4-cü videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra deyib.
Ərdoğan deyib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyədə 23 aprel Milli suverenlik uşaq bayramı da daxil 4 gün küçəyə çıxılmayacaq, komendant saatı 22 aprel gecə saat 00:00-dan başlanıb, 26 aprel gecə saat 00:00-dək davam edəcək.
Prezident deyib ki, özəlliklə sağlıq baxımından Türkiyədə N-95, N-99 maskaları təcrübədən keçirilib və ölkədə nanotexnologiyalar vasitəsilə yenidən istehsalına start verilib.
Prezident, həmçinin bildirib ki, yerli türk firmaları yeni növ koronavirusa yoluxanların müalicəsində istifadə olunan dərmanların istehsalına başlayıb.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...