İran prezidenti nüvə aliminin öldürülməsindən sonra göstəriş verib

29
noy
2020
17:30
İran prezidenti Həsən Ruhani nüvə və raket sistemləri üzrə alim Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin fövqəladə iclasında çıxış edən H.Ruhani M.Fəxrizadənin terror edilməsini namərdcəsinə bir addım adlandırıb.
Prezident terrorunun ardınca sabitsizlik yaradacaq addımlarla mübarizə və bu kimi halların qarşısını almaq üçün göstəriş verib.
H.Ruhaninin göstərişinin detalları haqda ətraflı məlumat verilməyib.
Oxşar xəbərlər
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
İranlı alim Möhsün Fəxrizadənin qətli cavabsız qalmayacaq. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün İran Prezidenti Həsən Ruhani bildirib. “İra...
