VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Haber Global”ın yaydığı məlumata görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

***09:17

Türkiyənin İzmir şəhərində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 79 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, təbiət hadisəsi zamanı 962 nəfər xəsarət alıb. Yaralılardan 743 nəfəri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda xəstəxanalarda 219 nəfərin müalicəsi davam etdirilir. Ən çox xəsarət alanlar İzmir şəhərinin Seferihisar və Bayraklı qəsəbələrində qeydə alınıb.

Xatırladaq ki, oktyabrın 30-da İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə hiss edilib.

Təkanların Egey dənizində suyun səviyyəsinin qalxmasına və ətraf ərazinin su basmasına səbəb olduğu bildirilib.

BAKU.WS
VİDEO