10 nəfərin öldüyü otel yanğınındakı şahid: Uşağını pəncərədən atmaq istədi…

10 nəfərin öldüyü otel yanğınındakı şahid: Uşağını pəncərədən atmaq istədi…
Foto
Dünya 317

Türkiyədə, Bolunun Kartalkaya bölgəsində səhər saatlarında oteldə baş verən yanğın böyük fəlakətə səbəb olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 234 nəfərin qaldığı oteldə baş verən yanğında ilkin məlumata görə 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

10 nəfərin öldüyü otel yanğınındakı şahid: Uşağını pəncərədən atmaq istədi…

Yanğının ardından hadisə yerinə gələn yanğınsöndürənlər və AFAD qrupları yanğını nəzarət altına almaq üçün gərgin iş aparıt.

İşlər sürətlə davam edərkən, yanğının tamamilə söndürülməsindən sonra axtarış-xilasetmə işlərinə başlanıldığı üçün ölənlərin sayının arta biləcəyi bildirilir.

10 nəfərin öldüyü otel yanğınındakı şahid: Uşağını pəncərədən atmaq istədi…

Hadisə şahidinin sözlərinə görə, yanğın yerli vaxtla saat 02.30 radələrində başlayıb:

"Saat 02.30 radələrində idi. Pəncərələrə qışqıraraq kömək istəyirdilər. İp atmaq üçün dama çıxdıq və görək onu xilas edə bilək. Üst hissədə yanan iki xanım var idi. Gözümüzün qabağında özlərini üst mərtəbədən aşağı atdılar. Bizim edə biləcəyimiz heç nə yox idi. Partlayış səsi eşidilmədi. Yanğın yuxarı qalxanda hamımız damdan aşağı düşdük. Həmin vaxt yanğınsöndürənlər gəlib bizi apardılar".

"Yanğın aşağıdan, arxadan başlayıb, birdən üst mərtəbələrə sıçrayıb. Oradakı insanlar aşağı atladılar. Bir kişi əlində körpə uşağını tutub, pəncərədən aşağı atıram deyirdi. Atma dedik, sonra yanğınsöndürənlər gəlib onu xilas etdilər. Yanğınsöndürənlərin gəlməsi 2 saat çəkdi", - deyə hadisə şahidi vurğulayıb.

10 nəfərin öldüyü otel yanğınındakı şahid: Uşağını pəncərədən atmaq istədi…

Oxşar xəbərlər

Son xəbərlər