İzmir Mehrabov: "Azərbaycan gənclərini vəzifəyə aparacaq yol" VİDEO
04
may
2018
17:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS LAMİH İctimai Birliyin sədri İzmir Mehrabovla müsahibəni təqdim edir:- LAMİH İctimai Birliyi olaraq gördüyünüz bəzi işlərdən məlumatımız var. İstərdik sizi geniş oxucu kütləsinə tanıdaq. Gürcüstanda gördüyünüz işlərdən danışardız...- Biz gənclərin maarifləndirmə işlərini aparırıq. Ölkəmizin həyata keçirdiyi gənclər siyasətini öz fəaliyyətimizlə dəstəkləyirik və təbliğ edirik. İctimai Birliyimiz iki ilə yaxındır fəaliyyət göstərir. Bu müddət ərzində bir neçə layihə həyata keçirmişik. Son olaraq Gürcüstan azərbaycanlılarının kompakt yaşadığı Borçalı mahalında gənclərlə bir-neçə görüş keçirdik. - Görüşlər əsasən hansı səpkidə aparılır, məqsəd nədir?- Görüşlərin məqsədi ondan ibarət idi ki, nəinki Gürcüstanda, eləcə də digər qonşu ölkələrdə yaşayıb-fəaliyyət göstərən gənclərimiz Azərbaycanı təkcə ticarətçi, satıcı kimi tanımasınlar. Məqsədimiz yaşayan və ya xaricdə təhsil alan gənclərimizin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalarıdır. Ən azından qrup yoldaşlarını, yaxın çevrələrini məlumatlandıra bilsinlər. Bilik və bacarıqları ilə yaşadıqları ölkədə mövqe tuta bilsinlər, ölkəmizin imicini qaldırsınlar. Borçalı mahalıının gəncləri ilə görüşdə Azərbaycan dövlətinin daim onların arxalarında olduğunu, fərqlənən - yüksək bilik və bacarığı olan gənclərimizə dövlətin təqaüd ayırdığını, mütəmadi olaraq görüşlər, konfranslar keçirdiyini əyani sübutlarla çatdırdıq.
- Çox maraqlıdır, Gürcüstanda yaşayan azərbaycanlı gənclər əsasən nə ilə məşğuldurlar?- Əsasən kənd təsərrüfatı - əkinçilik və maldarlıqla məşğuldurlar. Bir çox gənclər isə turizm mövsümündə Batumiyə üz tuturlar. Orada barmen və ya menecer işləyib pul qazanırlar. Ancaq biz gənclərə təhsilə və mədəniyyətə də önəm vermələrini məsləhət gördük. Onlar ali savada malik olsalar, Gürcüstanda Azərbaycanı təmsil edən ziyalı ola bilərlər. - Başa düşürəm, siz İctimai Birliksiz, işə düzəldən qurum deyilsiz. Amma məsləhət görməklə iş bitmir, konkret olaraq hansı işləri görürsüz? - Biz onları maraqlandıran ixtisaslar üzrə əyani vəsaitlərlə təmin etdik. Biz əsas təbliğat və maarifləndirmə ilə məşğuluq. Yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin və cənab prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinə dəstək olmaq və ətrafında sıx birləşməkdir.- Gənclərlə sıx təmasdasız, sizcə bu gün Azərbaycan gəncinin ən böyük problemi nədir?- Gənclərimizdə ən çox bizi narahat edən məsələ özünə inamsızlıqdır. Kiməsə güvənib addım atmaq istəyirlər. Bu günün gənci gələcəyimizdir. Cənab prezidentin gənclərə göstərdiyi etimad Nazirlər Kabinetində etdiyi son dəyişiklərdə ğzünü göstərdi.
- Demək istəyirsiz ki, gənclər heç bir arxa-dayaq olmadan, öz bilik və bacarıqları ilə yüksək vəzifə tuta biləcəklərinə inansınlar. - Bəli, bizim ölkədə artıq bu reallıqdır. - LAMİH - İctimai Birliyinizin adının açıqlaması necədir?- Lamih qədim Azərbaycan sözüdür, mənası işıqlı, parlaq, günəşli deməkdir. Hərflərin açıqlaması isə cənab prezidentin və onun ailə üzvlərinin adlarının baş hərfidir. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Gənclər Fondu Müşahidə Şurasının tərkibi təsdiqlənib
Azərbaycan prezidenti İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, Gənclər F...