Zaqatalada yağıntılar aylıq normanı keçib - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatında qeyd edilib.
Qeyd edilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.
Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 m/s-yə çatır.
Oxşar xəbərlər
İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb
"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur". BAK...