Yüzlərlə yəhudinin xilaskarı olan Şindler niyə yoxsul öldü?
İkinci Dünya müharibəsi milyonlarla insanın həyatına son qoydu. Lakin bu qaranlıq dövrdə insan taleyinə biganə qalmayanlar da vardı. Onlardan biri də Oskar Şindler idi.
Baku TV-nin məlumatına görə, nasist partiyasının üzvü olmasına baxmayaraq, o, üç il ərzində 1200 yəhudini konsentrasiya düşərgələrindən xilas etdi.
Müharibə zamanı qazandığı pulları və əlaqələri şəxsi rifahı üçün deyil, insanların xilası üçün xərclədi. Müharibədən sonra isə keçmişi ona qarşı çevrildi. Cəmiyyət onu qəbul etmədi, biznes cəhdləri uğursuz oldu, maddi sıxıntılar içində yaşadı. Şindler yoxsul öldü, amma insanlıq qarşısında qazandığı dəyər heç vaxt itmədi.
Digər xilaskar Nikolas Uinton idi. O, 1938-1939-cu illərdə 669 yəhudi uşağın Çexoslovakiyadan İngiltərəyə gizli şəkildə köçürülməsini təşkil etdi. Maraqlıdır ki, bu qəhrəmanlıq barədə uzun illər heç kimə danışmadı. Yalnız 1980-ci illərdə həyat yoldaşının evdə tapdığı dəftər sayəsində həqiqət üzə çıxdı.
Oxşar xəbərlər
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. BAKU.WS xəbər verir ki, od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəl...