Yerdə yeni bakteriyalar tapıldı
2020-ci ilin dekabr ayında Yaponiyanın "Hayabusa-2" kosmik aparatı Ryugu asteroidindən yerə torpaq nümunələri gətirib.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, dünyada çirklənmənin qarşısını almaq üçün ciddi ehtiyat tədbirləri görülsə də, London İmperator Kollecindən olan tədqiqatçılar bu nümunələrdə Yerə aid bakteriyalar tapıblar.
Numunənin səthində morfologiyası və böyümə dinamikası Yerli bakteriyalarla uyğun gələn iplikşəkilli mikroorqanizmlər aşkar edilib.
Bu kəşf ciddi protokollara baxmayaraq, Yerə aid mikrobların yad planet materialını kolonizasiya edə bildiyini göstərir.
Bu tapıntı gələcək nümunə gətirmə missiyalarında çirklənmənin nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün vacibdir.
Oxşar xəbərlər
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istif...