Yer üzündə ən sıx insan məskunlaşan şəhər
İndoneziyanın paytaxtı Cakarta planetin ən sıx məskunlaşmış şəhəri adını qazanaraq Tokionu geridə qoyub
BAKU.WS xəbər verir ki, bu barədə The Guardian BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin yeni hesabatına istinadla məlumat yayıb.
Təşkilatın məlumatına görə, hazırda Cakartada təxminən 42 milyon insan yaşayır. İkinci yerdə Banqladeşin paytaxtı Dəkkə (37 milyon), üçüncü yerdə isə Yaponiyanın Tokio şəhəri (33 milyon) qərarlaşıb.
BMT meqapolislərin sürətlə böyüməsini və urbanizasiyanın artan tempini daha dəqiq əks etdirmək üçün hesablanma metodikasını yeniləyib.
Hesabata əsasən, dünyanın ən sıx məskunlaşmış on şəhərindən doqquzu Asiyada yerləşir. Siyahıya bunlar daxildir: Cakarta, Dəkkə, Tokio, Yeni Dehli, Şanxay, Quançjou, Qahirə, Manila, Kalküta və Seul.
Bundan əlavə, qeyd olunur ki, 10 milyondan çox əhalisi olan meqapolislərin sayı 1975-ci ildəki 8-dən 2025-ci ildə 33-ə yüksəlib. Proqnozlara görə, 2050-ci ilə qədər iri şəhərlər dünya əhali artımının üçdə ikisini qəbul edəcək, qalan hissə isə kiçik şəhərlərin payına düşəcək.
Oxşar xəbərlər
Direktorların işə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlayır
Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Bu barədə BAKU.WS-ə Məktəbəqədə...