Yeni XƏSTƏLİK! Ölümcül göbələk xəstəliyi qlobal istiləşmə ilə yayıla bilər

Mançester Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma göstərib ki, ölümcül "Aspergillus fumigatus" göbələk növü iqlim dəyişikliyi ilə birlikdə daha geniş ərazilərə yayıla bilər.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, bu növ insanlarda ciddi tənəffüs yolları infeksiyalarına səbəb olur və xüsusilə isti bölgələrdə – Afrika və Cənubi Amerikada geniş yayılıb. Mütəxəssislər göbələyin gələcəkdə Avropa və Asiya kimi daha soyuq bölgələrə doğru yayılacağını proqnozlaşdırır.
Tədqiqatda qeyd olunub ki, bu yayılma əsasən fosil yanacaqların istifadəsi və istixana qazı emissiyalarının artması ilə bağlıdır.
Araşdırmanın baş müəllifi Norman van Rhijn göbələk infeksiyalarının müalicəsinin "son dərəcə çətin" olduğunu bildirərək, vaxtında tədbir görülməsinin vacibliyini vurğulayıb.
Proqnozlara görə, bu göbələk növünün yayıldığı ərazi 2100-cü ilə qədər 77% arta bilər. Bu isə təkcə Avropada təxminən 9 milyon insan üçün sağlamlıq riski yaradacaq. Xüsusilə xroniki ağciyər xəstəlikləri olan və immun sistemi zəif şəxslərin daha diqqətli olması tövsiyə edilir

Oxşar xəbərlər
Ən güclü enerjiyə malik 2 Bürc
Astroloqlar, müşahidələrinə görə, ən güclüenerjiyə malik olan iki bürc işarəsi müəyyən ediblər. Ulduz dairəsinin bu nümayəndələri xüsusi xarakter xüsusiyyətləri...