Yayın ən təbii İÇKİSİ - Evdə hazırlanır, ömrü uzadır

Yayın ən təbii İÇKİSİ - Evdə hazırlanır, ömrü uzadır
Digər 8030

Yay istisi təkcə havanı deyil, orqanizmi də yandırır. Bədən susuz qalır, enerji azalır, həzm sistemi zəifləyir. Bu zaman bir içki var ki, nəinki susuzluğu yatırır, həm də orqanizmi sakitləşdirir.

BAKU.WS xəbər verir ki, söhbət ayrandan gedir.

Son araşdırmalara görə, isti havalarda bədənin təbii ehtiyac duyduğu maye duzsuz, qatqısız, ev ayranıdır. Onun tərkibindəki probiotiklər, minerallar və təbii elektrolitlər susuz qalmış orqanizmi "yenidən işə salır".

Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, əgər insanlar yayda hər gün bir stəkan ev ayranı içsə, bir çox problemlərin - başgicəllənmənin, təzyiq düşmələrinin, halsızlığın qarşısını ala bilərlər.

Belə ki, ayran içmək bədəni susuzlaşdırmır, əksinə su balansını tənzimləyir, mədə-bağırsağı rahatladır,istiliyin təsirini azaldır, yuxunu və əsəb sistemini sakitləşdirir, dəriyə canlılıq verir.

Bu möcüzəvi içkini gündəlik vərdişə çevirmək, yay aylarını həm sərin, həm sağlam keçirməyin ən sadə yoludur.

Oxşar xəbərlər

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib, 180 nəfər növbəti seçim turuna buraxılıb

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib, 180 nəfər növbəti seçim turuna buraxılıb

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 10-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində x...

162 Digər 11:54 10 sentyabr 2025

Son xəbərlər