Yayda balıq yemək zərərlidir? Mif, yoxsa reallıq?
Yay aylarında balıq yeməyin zərərli olduğu ilə bağlı fikirlər hər il gündəmə gəlir.
BAKU.WS xəbər verir ki, isti havalarda balığın daha tez xarab olması isə bu inancın yaranmasına səbəb olur.
Əslində, yayda balıq yemək özlüyündə təhlükəli deyil. Əsas risk məhsulun isti havada düzgün saxlanılmaması və soyuq zəncirin pozulmasıdır. Belə hallarda bakteriyaların çoxalması sürətlənə və bəzi balıq növlərində histamin kimi zərərli maddələr yarana bilər.
Xüsusilə tuna, skumbriya və bəzi digər balıq növlərində düzgün soyudulmama nəticəsində histamin zəhərlənməsi baş verə bilər. Bu zaman ürəkbulanma, qusma, ishal, səpki, baş ağrısı və üzün qızarması kimi əlamətlər yarana bilər.
Maraqlı məqam isə odur ki, balığın bişirilməsi belə artıq yaranmış histamini aradan qaldırmır. Buna görə də balığın təzə və düzgün temperaturda saxlanılması əsas şərtdir.
Balıq alarkən də diqqətli olmaq lazımdır. Təzə balığın qoxusu kəskin və turş olmamalı, gözləri şəffaf və parlaq, əti isə bərk olmalıdır. Rəngində dəyişiklik və quruma əlamətləri olan məhsullardan uzaq durmaq tövsiyə edilir.
Yəni "yayda balıq yemək olmaz" fikri mifdir. Təhlükə fəsildə deyil, balığın necə saxlanılmasındadır. İsti havalarda balıq alarkən və evə apararkən soyuq zəncirin qorunmasına xüsusi diqqət etmək lazımdır.
Oxşar xəbərlər
Hər gün bol su içməyin inanılmaz FAYDALARI
Qəbizlik problemini dərmanlardan istifadə etmədən də aradan qaldırmaq mümkündür. BAKU.WS xəbər verir ki, həkim Karmen Sançes Aleqriya bu problemin öhdəsindən g...