Yayda ayaqların soyuq olması hansı ciddi xəstəliyə işarədir? - Diqqətli olun!

Yayda ayaqların soyuq olması hansı ciddi xəstəliyə işarədir? - Diqqətli olun!
Digər 96

İsti havalarda ayaqların soyuq olması sadəcə orqanizmin xüsusiyyəti deyil, gizli bir xəstəliyin narahatedici siqnalı ola bilər.

BAKU.WS xəbər verir ki, həkimlər xəbərdarlıq edir: əgər siz isti havalarda belə ayaqlarınızda tez-tez soyuqluq hiss edirsinizsə, damar və sinir sisteminizin vəziyyətinə diqqət yetirməlisiniz.

Bu simptomun ən çox rast gəlinən səbəblərindən biri aterosklerozdur – bu zaman damarlar xolesterin yığıntıları səbəbindən daralır. Nəticədə ətraflara kifayət qədər qan və oksigen çatmır, bu da ayaqlarda soyuqluq hissinə səbəb olur.

Bu əlamət həm də Reyno sindromuna işarə edə bilər – bu damar xəstəliyi zamanı xırda arteriyalar soyuğa və ya stressə qarşı həddən artıq daralır. Bəzən ayaqların soyuq olması anemiya (qanazlığı), şəkərli diabet, hipotireoz (qalxanabənzər vəzinin zəif fəaliyyəti) və ya neyropatiya ilə də əlaqədar ola bilər.

Həkimlər bu siqnalı görməməzlikdən gəlməməyi tövsiyə edirlər. Əgər ayaqlarınızda soyuqluq isti havalarda da keçmirsə, eyni zamanda keyləşmə, dəridə solğunluq və ya qıcolmalar müşahidə edilirsə, dərhal həkimə müraciət etməli və müayinə olunmalısınız. Problemin erkən aşkarlanması ciddi fəsadların qarşısını almağa kömək edir.

Son xəbərlər