Yaralı hərbçilərimizə yardım göstərən tibb bacısı: "Həyatımın ən şərəfli, amma ən ağır günləri idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Həyatımın ən şərəfli, amma ən ağır günləri idi".
Bu sözləri Baku TV-yə müsahibəsində Vətən müharibəsi zamanı Füzuli Mərkəzi Xəstəxanasında yaralı hərbçilərimizə yardım göstərən tibb bacısı Sevinc Paşayeva deyib.
Tibb bacısı o günləri belə xatırlayır:
"Xəstəxanaya 24 saat fasiləsiz yaralılar gətirilirdilər. Hamısı "məni yox, döyüş yoldaşımı sağaldın" deyirdi. Bəziləri isə deyirdilər ki, "mənə ilk yardım göstərin, müharibəyə qayıtmalıyam, dostlarım orada qalıblar". Gözyaşımızı saxlaya bilmirdik, gördüklərimiz həyatımız boyunca yadımızdan çıxmayacaq".
Ətraflı videosüjetdə:
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...