Yanvarın 31-də təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu il 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.
İmtahan yanvarın 31-i saat 11:00-da təşkil olunacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Bəzi bürclər özlərini övladlarından belə daha çox sevirlər
Astrologiyaya görə, bəzi bürclər həyatlarında öz ehtiyac və arzularını başqalarından, hətta bəzən övladlarından belə daha çox önə çəkirlər. BAKU.WS xəbər verir...