Xoşbəxt olmağa çalışmaq bizi daha bədbəxt edir - ARAŞDIRMA

Xoşbəxt olmağa çalışmaq bizi daha bədbəxt edir.
BAKU.WS xəbər verir ki, Toronto Universitetində aparılan bir araşdırmaya görə, davamlı xoşbəxt olmağa çalışmaq iradə gücünü zəiflədir və insanları daha az xoşbəxt edir.
Mütəxəssislərin fikrincə, bilincli şəkildə xoşbəxt olmağa çalışmaq insanı zehni baxımdan yorur və iradə gücünü tükəndirir. Bu isə fərdlərin daha asan, lakin uzunmüddətli perspektivdə zərərli seçimlər etməsinə səbəb olur.
Professor Sam Maglio bu prosesi "kartopu effekti" adlandırır: "İnsan xoşbəxt olmağa çalışdıqca, ona həqiqətən xoşbəxtlik gətirən vərdişləri davam etdirmək çətinləşir."
Sidney Universitetindən Aekyoung Kim ilə aparılan başqa bir araşdırma da eyni nəticəni göstərib. İnsanlar xoşbəxtliyə nail olmağa çalışdıqda zamanın az olduğunu düşünür, bu da onlarda daha çox stres və narahatlıq yaradır.
Tədqiqatçılar sorğular və eksperimentlər keçirərək müəyyən ediblər ki, xoşbəxtliyə fokuslanan insanlar iradə gücünü daha az istifadə edir.
Məsələn, bir eksperimentdə "xoşbəxtlik" sözünü görən iştirakçılar daha çox şokolad yeyiblər. Başqa bir təcrübədə xoşbəxtlik gətirən seçimlər edənlər, zehni tapşırıqlardan daha tez imtina ediblər.
Maglio vurğulayır ki, xoşbəxtlik əldə ediləcək və saxlanacaq bir şey deyil. Onun tövsiyəsi isə belədir: "Daim xoşbəxt olmağa çalışmaq əvəzinə, sahib olduqlarınızı qəbul edib onlardan zövq almağa çalışın."
Oxşar xəbərlər
Dövlət Komitəsi ilin ən yaxşı memarlarını "Təməl" mükafatı ilə təltif edib
Bu gün 19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilən ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçi...
