Xalq artistinin oğlu: Tofiq Bakıxanov Azərbaycan musiqisinin ən fəal təbliğatçılarından biri idi
Yeniliklərdən dərhal xəbərdar olun
Tofiq Bakıxanov Azərbaycan mədəniyyəti və musiqisinin ən fəal təbliğatçılarından biri idi.
BAKU.WS reprot-a istinadən xəbər verir ki, xəbər verir ki, bunu mərhum Xalq artisti Tofiq Bakıxanovun oğlu Vahid Bakıxanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, atası ilə bağlı xatirələri sonsuzdur:
"Tofiq müəllim olduqca işgüzar, zəhmətkeş insan idi. İnanın, bu insan sutkada 24 saat çalışırdı, işləyirdi. Bəstəkar Azərbaycan mədəniyyəti və musiqisinin ən fəal təbliğatçılarından biri idi. O, öz dahi müəllimlərinin - Üzeyir bəyin, Qara Qarayevin adını daim yaşadırdı. Düşünürəm ki, Tofiq Bakıxanov çox gözəl və xoşbəxt bir həyat yaşadı".
V.Bakıxanov qeyd edib ki, atası müəyyən əsərlərin, əlyazmalarının ölkə kitabxanalarının fondlarında saxlanılmasının tərəfdarı olub:
"Nizami muzeyi, Axundov adına Kitabxana və digər kitabxanalarla sıx əlaqədə idi. Onun evdə başqa yerlərdsə olmayan unikal partituraları, nadir əlyazmaları vardı. Atam həmin əsərləri, materialları ictimaiyyətə məhz kitabxanalar və digər qurumlar vasitəsilə çatdırmağa çalışırdı".
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...