WUF13-də üç xüsusi "Sakit otaq" fəaliyyət göstərəcək
Koqnitiv məhdudiyyətli şəxslərə, eləcə də duyğu yüklənməsi səbəbindən sakitlik, istirahət və ya daha rahat mühitə ehtiyac duyan iştirakçılara dəstək məqsədilə WUF13 məkanında üç xüsusi "Sakit otaq" fəaliyyət göstərəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" hesabında məlumat yayılıb.
Bildirilib ki, bu otaqlardan istifadə etmək istəyən şəxslər müyəssərlik üzrə dəstək masasına (A zona) və ya məlumat masasına (B zona) müraciət edə bilərlər.
İştirakçıların rahatlığını təmin etmək məqsədilə sakit otaqlar A, B və C zonalarında yerləşəcək.
Hər bir otağın sahəsi təxminən 20 m² olacaq. Otaqlar sakit və dəstəkləyici mühit yaratmaq üçün rahat mebel, yumşaq işıqlandırma, səs izolyasiyası və duyğu həssaslığını nəzərə alan elementlərlə təchiz ediləcək. Bu məkanlar ziyarətçilərə tədbirdə iştiraklarını davam etdirməzdən əvvəl dincəlmək və enerjilərini bərpa etmək imkanı yaradacaq.
Koqnitiv məhdudiyyətli şəxslərə, eləcə də duyğu yüklənməsi səbəbindən sakitlik, istirahət və ya daha rahat mühitə ehtiyac duyan iştirakçılara dəstək məqsədilə WUF13 məkanında üç xüsusi Sakit otaq fəaliyyət göstərəcək.
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) February 20, 2026
Bu otaqlardan istifadə etmək istəyən şəxslər müyəssərlik üzrə… pic.twitter.com/Jh6cKSLd4n
Oxşar xəbərlər
WhatsApp istifadəçilərinin NƏZƏRİNƏ! - Yeni funksiya gəlir
WhatsApp-da qrup çatlarının idarə olunması imkanlarını genişləndirən yeni funksiya istifadəyə verilib. BAKU.WS xəbər verir ki, yeniliyin tətbiqi barədə xidməti...