Valideynlərə XƏBƏRDARLIQ - Dəniz və hovuzdan sonra uşaqlar niyə qızdırır?

Valideynlərə XƏBƏRDARLIQ - Dəniz və hovuzdan sonra uşaqlar niyə qızdırır?
Digər 286

Yay aylarında ailələrin ən çox üz tutduğu məkanlardan biri dəniz və hovuzlardır. Bu cür yerlərdə uşaqlar həm əylənir, həm də bədənlərini sərinlədərək isti havadan qorunurlar. Lakin bəzi hallarda hovuz və dənizdə olan uşaq evə qayıtdıqdan sonra qızdırma ilə qarşılaşır. Bəs bu vəziyyətin səbəbləri nədir və valideynlər nə etməlidir?

BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə uşaqlar soyuq dəniz və ya hovuz suyunda uzun müddət qaldıqda bədənlərində istilik tarazlığı pozula bilər. Bu hal, immun sistemin zəifləməsinə və nəticədə qızdırmaya səbəb ola bilər.

Hovuz suyundakı xlor, burun və boğaz selikli qişasını qıcıqlandıra bilər. Bu isə yüngül öskürək, boğaz ağrısı və qızdırma ilə nəticələnə bilər. Xüsusilə allergiyaya meyilli uşaqlar üçün bu daha risklidir.

Bundan başqa, "Üzgüçü qulağı" adlanan qulaq iltihabı, hovuz və ya dəniz suyunun qulaq kanalına daxil olması ilə yaranır. İltihab qızdırma ilə müşayiət oluna bilər. Uşaqda qulaq ağrısı və istilik varsa, mütləq mütəxəssisə müraciət edilməlidir.

Bəzən uşaqlar üzərkən istəmədən su uda bilər. Xüsusilə çirkli dəniz və ya hovuz suyunun udulması mədə-bağırsaq infeksiyası riski yaradır. İshal, qusma və qızdırma bu hallarda müşahidə edilə bilər.

Dəniz kənarında günün altında çox qalmaq və kifayət qədər su içməmək də günvurma ilə nəticələnə bilər. Bu da qızdırma, baş ağrısı və halsızlıqla özünü göstərə bilər. Bu kimi hallarla qarşılaşan valideynlər mütləq mütəxəssisə müraciət etməlidir.

Oxşar xəbərlər

Ürəyin bir nömrəli düşməni sayılan tərəvəzin adı açıqlandı

Ürəyin bir nömrəli düşməni sayılan tərəvəzin adı açıqlandı

Yay aylarında qida rasionumuzda daha çox yer alan tərəvəzlər sağlamlıq üçün çox faydalıdır. BAKU.WS xəbər verir ki, lakin bəzi növ tərəvəzlər var ki, düzgün və...

255 Digər 20:49 01 avqust 2025

Son xəbərlər