Uşaqların yüksək səslə xoruldamağı sağlamlığa ZƏRƏRLİDİR?

Mütəxəssislər bildirirlər ki, uşaqlarda xoruldama, xüsusilə də güclü və davamlı olduqda sağlamlıq, davranış və həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Son araşdırmalar göstərib ki, hətta yüngül dərəcəli xoruldama belə təhlükəli nəticələrə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, ABŞ-nin Boston şəhərində yerləşən "Brigham and Women"s Hospital" xəstəxanasının pulmonoloqu və epidemioloqu Syuzen Redlaynın sözlərinə görə, yuxuda nəfəsin pozulması və yuxu keyfiyyətinin aşağı olması orqanizmdə ciddi fizioloji dəyişikliklərə yol aça bilər.
Uşaqlarda xoruldama hansı problemlərə səbəb ola bilər?
Xoruldama bəzən tənəffüs yolları infeksiyaları və allergiyalar nəticəsində də baş verə bilər. Nəfəsin dayanması və oksigen səviyyəsinin enməsi hallarını ölçmək üçün "apnoe-hipopnoe indeksi" (AHİ) adlı göstəricidən istifadə olunur. Bu indeks böyüklərdə saatda 5-dən az nəfəs dayanmasını normal, 30-dan çox dayanmanı isə ağır vəziyyət kimi qiymətləndirir. Uşaqlarda isə orta-ağır vəziyyət artıq 10 nəfəs dayanması ilə müşahidə olunur.
Lakin araşdırmalar göstərib ki, uşaqlarda AHİ göstəricisi hər zaman vəziyyətin ciddiliyini əks etdirməyə bilər.
2023-cü ildə "Amerika Tibb Assosiasiyasının Jurnalı"nda dərc edilən bir klinik tədqiqatda 3–12 yaş arası 458 uşaqda yüngül yuxu tənəffüs pozuntuları (AHİ 0–3 arası) müşahidə olunub. Bu uşaqlardan yarısına badamcıqların çıxarılması əməliyyatı edilib, digər yarısı isə müşahidə altında saxlanılıb. Bir il sonra kognitiv qabiliyyətlərdə ciddi fərq olmasa da, əməliyyat olunan uşaqlarda diqqətlilik, sosiallaşma və emosional sabitlik baxımından müsbət dəyişikliklər qeydə alınıb. Həmçinin valideynlər uşaqlarının daha az yuxulu, daha enerjili və həyat keyfiyyətlərinin artdığını bildiriblər. Əməliyyat olunan uşaqlarda qan təzyiqi normaya düşüb, digərlərində isə yüksəlib.
Təxminən 12 min uşağın iştirak etdiyi iki yeni araşdırmada isə məlum olub ki, müntəzəm xoruldayan uşaqlar (təxminən 700 nəfər) qaydalara əməl etməkdə və dostluq əlaqələri qurmaqda çətinlik çəkirlər.
Bundan əlavə, alimlər bu uşaqlarda beynin davranışa nəzarət edən prefrontal qabığında hüceyrə itkisini də müşahidə ediblər.
Mütəxəssislər valideynlərə səslənərək bildirirlər ki, uşaqlarda xoruldama halını yüngül qəbul etmək olmaz və vaxtında tibbi müdaxilə vacibdir.

Oxşar xəbərlər
Ağ ev BMT, UNESCO və ÜST-yə ianələrin dayandırılmasını təklif edir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerikanın BMT, UNESCO və ÜST-yə ayırdığı ianələri dayandırmağı təklif edir. BAKU.WS "Report"a istinadən xəbər ve...