Uşaqlarda diqqət dağınıqlığının gizli səbəbləri
Mütəxəssislər vurğulayır ki, uşaqlarda diqqət dağınıqlığının səbəbi yalnız telefon və planşet istifadəsi ilə məhdudlaşmır. Valideynlər çox vaxt problemi texnologiya ilə əlaqələndirsə də, başqa mühüm amillər də bu vəziyyəti yarada bilir.
BAKU.WS xəbər verir ki, yuxu rejiminin pozulması, səhər yeməyinin ötürülməsi, fiziki aktivliyin az olması və yüksək stress səviyyəsi uşaqların diqqət toplama qabiliyyətinə mənfi təsir göstərir. Uzun müddət davam edən yuxusuzluq beynin informasiya emal sürətini zəiflədir, səhər yeməyinin olmaması isə enerji çatışmazlığı yaradır.
Psixoloqların sözlərinə görə, hərəkətsiz həyat tərzi və açıq havada az vaxt keçirmək də diqqət dağınıqlığını gücləndirir. Vitamin və minerallarla zəngin qida qəbulunun azlığı isə beynin normal fəaliyyətinə mane olur.
Mütəxəssislər valideynlərə tövsiyə edir ki, uşaqların gün rejimi balanslı qurulsun, onlar təmiz havada oyun və fiziki fəaliyyətlərə cəlb edilsin, qida rasionuna isə təbii vitamin mənbələri – meyvə, tərəvəz, süd məhsulları daxil edilsin.
Oxşar xəbərlər
Balqabağın sağlamlığa faydaları: Bədəni gücləndirən təbii vasitə
Balqabaq yalnız dekorativ məhsul deyil, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə tanınır. Mütəxəssislər bildirir ki, balqabaq tərkibində olan vitaminlər, mi...