Uşaq qorxursa, çıldağa, yoxsa həkimə getmək doğrudur?

Uşaq qorxursa, çıldağa, yoxsa həkimə getmək doğrudur?
Foto
Digər 65

"Çıldaq el arasında yayılan bir inancdır. Tibbdə isə qorxunun çıldaqla götürüldüyünü sübut edən elmi dəlil yoxdur. Qorxu uşağın psixoloji və emosional vəziyyəti ilə bağlıdır".

Bu barədə həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qorxu uşağın inkişafının bir hissəsidir.

Uşaq qorxursa, çıldağa, yoxsa həkimə getmək doğrudur?

"Xüsusilə 2–7 yaşda çox olur (qaranlıq, tək qalma, ayrılıq qorxusu olur. Bu zaman uşaqlarda əsas bu əlamətlərə diqqət etmək lazımdır. Qorxu uzun müddət davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Bu yuxuya, yeməyə, məktəbə təsir etməməlidir. Əgər uşaq ağlayır, qaçır, panikaya düşürsə, mütləq həkim müdaxilə etməlidir", - deyə həkim bildirib.

Vüsalə Nuriyeva deyir ki, qorxunun inkişaf mərhələsinə uyğun olub-olmadığını ayırd etmək önəmlidir:

"Fiziki səbəblər (yuxu, nevroloji vəziyyət) yoxlanılmalıdır. Lazım olsa uşaq psixoloquna yönləndilməlidir. Bu zaman çox vaxt dərman lazım olmur. Davranış və münasibət dəyişiklikləri kifayət edir".

Ziya SƏCCAD

Son xəbərlər