Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar
Ukraynanın İrpen şəhəri Azərbaycan və Ukrayna arasındakı dostluğu özündə ehtiva edir.
Belə ki, Azərbaycanın tanınmış akademiki Zərifə Əliyevanın adı bu şəhərdə geniş miqyasda əbədiləşdirilib. Şəhərdə görkəmli alimin abidəsi ucaldılıb, mərkəzi küçələrdən biri, eləcə də lisey onun adını daşıyır.
Aprelin 15-də Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri və yerli ictimaiyyət görkəmli akademikin anım günü ilə bağlı onun büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Görkəmli alimin xatirəsinə ehtiramını bildirən İrpen sakinlərindən biri akademik haqqında ürək sözlərini Baku TV ilə bölüşüb.
"Nə yaxşı ki, dünyada belə bir insan olub. Onun adı bizim ölkəmizdə də geniş tanınır. Azərbaycanın görkəmli akademikinin bizdə də yad edilməsi çox müsbət haldır. Onun, həyat yoldaşı Heydər Əliyevin və ümumiyyətlə, bu ailənin haqqında çox xoş sözlər eşitmişik. Hazırda onu xatırlamaq mənim üçün çox xoşdur", - deyə İrpen sakini bildirib.
Oxşar xəbərlər
Hər səhər acqarına limonlu su içsəniz orqanizmdə nə baş verər? - Zərəri və xeyiri
Səhər acqarına limonlu su içmək sağlam həyat tərzi tərəfdarları arasında geniş yayılmış vərdişlərdən biridir. Bəziləri bunun orqanizmi toksinlərdən təmizlədiyin...