Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI
Foto
Digər 6504

Forbes jurnalı Türkiyənin ən zəngin iş adamlarının siyahısını yeniləyib.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, keçən il 5,3 milyard dollarlıq sərvətlə zirvədə olan ad 10-cu yerə düşüb. Bəs, Türkiyənin 10 ən zəngin iş adamı siyahısında kimlər var?

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

2023-cü ildə 5,3 milyard dollarlıq sərvətlə Türkiyənin ən zəngin iş adamı adını alan Erdemoğlu Holdinqin İdarə Heyətinin sədri İbrahim Erdemoğlu səhmləri birjada dəyər itirdiyi üçün yerini qoruya bilməyib. Ümumi aktivləri 3 milyard dollardan çox itirən İbrahim Erdemoğlu 10-cu yerdə qərarlaşıb.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Ferit Şahenk isə siyahıda 9-cudur. Şahenkin cəmi aktivləri 2,2 milyard dollardır.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Mehmet Sinan Tara 2,4 milyard dollarla səkkizinci yerdədir.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Ekonomim-in məlumatına görə, Forbes jurnalının siyahısında yeddinci yerdə olan ad Həmdi Ulukayadır. Onun ümumi aktivləri 2,5 milyard dollardır.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Altıncı yerdə olan Erman Ilıcakın sərvəti 2,6 milyard dollardır.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Mustafa Rəhmi Koç 2,8 milyard dollarlıq sərvətlə Türkiyənin 5-ci ən varlı iş adamı olub.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Siyahıda dördüncü yerdə olan ad Şaban Cəmil Kazancıdır. Onun sərvəti (3,1 milyard dollar).

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

Koç ailəsinin üzvü Semahat Sevim Arsel 3,1 milyard dollar sərvətlə üçüncü yerdədir.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

İpek Kıraç 3,2 milyard dollarlıq sərvətlə Türkiyənin ikinci ən zəngin adamı olub.

Türkiyənin ən zəngin iş adamlarının SİYAHISI

"Forbes" jurnalının siyahısında birinci yerdə "Yıldız Holdinq"in İdarə Heyətinin üzvü, "Pladis və Godiva" idarə heyətinin sədri iş adamı Murat Ülker yer alıb. Onun sərvəti 5,1 milyard dollardır.

Oxşar xəbərlər

Son xəbərlər