Türkiyəli ekspert Azərbaycana səfəri haqqında məqalə yazıb
Türkiyəli ekspert, köşə yazarı Osman Kepenek 3-8 may 2026-cı il tarixlərində Azərbaycanda səfərdə olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, türkiyəli ekspert O. Kepenekin Akademik Tədqiqat İnstitutunun saytında dərc olunan yazısında qeyd olunub.
Yazıda o, Bakıda keçirdiyi görüşlər, işğaldan azad olunan ərazilərə səfəri haqqında geniş məlumat verib. Ermənistanın işğalçılıq siyasəti, Xocalı kimi soyqırımılar törətməsi qınanıb:
"Xocalı şəhidlərinin əziz ruhlarının xatirəsinə inşa edilən Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət etdik".
O. Kepenek həmçinin bildirib ki, Türk dünyasına xidmət etmək istəyən hər bir alim üçün Qarabağ Universiteti misilsiz bir fürsət təqdim edir:
"Bir az uzun bir sahə və ya səyahət yazısı olduğunun fərqindəyəm, amma Bakının füsunkar gözəlliyi bir yanda, Qarabağın hamımızın qəlbindəki yeri və mənəvi əhəmiyyəti bir yanda durarkən ancaq bu qədər qısa yaza bildim", - o qeyd edib.
Yazının tam variantını linkə keçid etməklə oxuya bilərsiniz.
Oxşar xəbərlər
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
Azərbaycan Müdafiə Nazirliyi ilə Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, Lit...