Türkiyəli alimdən həyəcan təbili - 2025-ci il zəlzələlər ili olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bursansanın Nilüfer rayonunda baş verən 4 bal gücündə zəlzələdən sonra geoloqların açıqlamaları diqqət çəkib.
BAKU.WS xəbər verir ki, Türkiyənin tanınmış prosessoru Süleyman Pampal Bursa zəlzələsindən sonra həyəcan təbili çalıb.
O, bildirib ki, 2025-ci ildə Türkiyənin əksər bölgələrində güclü yeraltı təkanlar gözlənilib.
"Son həftələrdə demək olar ki, hər gün zəlzələlər yaşayırıq. Bu, bir neçə gün əvvəl Egey dənizində, Lesbosda baş verib. İndi Bursada qeydə alınıb. Bu xəbərdarlıq edən zəlzələdir. Bundan sonra böyük zəlzələlərə hazır olun. 2025-ci il zəlzələlər ili olacaq", - deyə alim bildirib.
Oxşar xəbərlər
Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır
Bu gün – noyabrın 6-da Bakı metropoliteni işçilərinin peşə bayramı qeyd olunur. Metro əməkdaşları hər gün minlərlə insanın mənzil başına təhlükəsiz və rahat çat...