Türkiyədə təcili yardıma gələn zənglər: "İlon Maskla görüşüb Marsa getmək istəyirəm"

Türkiyədə təcili yardıma gələn zənglər: İlon Maskla görüşüb Marsa getmək istəyirəm
Digər 27

Türkiyənin Kırıkkale şəhərindəki "112" Təcili Yardım Mərkəzinə 2025-ci il ərzində edilən zənglərin böyük hissəsinin əsassız olduğu aşkarlanıb. Ümumilikdə 320 000 zəngin 63%-i fövqəladə vəziyyət kateqoriyasına aid olmayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rəsmilər bu zənglərin "112" personalı üçün əhəmiyyətli iş yükü yaratdığını, bəzilərinin isə təəccüb doğurduğunu vurğulayıblar.

Əsassız zəng edənlər arasında təmir edilmiş mobil telefonlarının işləyib-işləmədiyini yoxlamaq istəyənlər, qatar biletlərinin qiymətləri ilə maraqlananlar, maaşlarının bankomatdan çıxarılıb onlara gətirilməsini tələb edənlər və İlon Maskla görüşərək Marsa getmək istədiklərini bildirən şəxslər olub.

Kırıkkale "112" Təcili Yardım Mərkəzinin direktoru Hakan Kapan mərkəzin 7/24 fasiləsiz xidmət göstərdiyini və sistemin düzgün işləməsi üçün xətdən yalnız real fövqəladə hallarda istifadə edilməli olduğunu bildirib.

Kapan xatırladıb ki, qaydalara əsasən, əsassız zəng edənlər 1 500, yalan məlumat verənlər isə 15 000 Türkiyə lirəsi məbləğində cərimə olunurlar, təkrarlanan pozuntulara görə isə bu cərimələr ikiqat artır.

Son xəbərlər