Türkiyədə narkotik ittihamı üzrə saxlanılan məşhurlar barədə qərar verildi
Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində 19 məşhur, o cümlədən İrem Derici, Hadise, Berrak Tüzünataç və Dilan Polat saxlanılıb.
BAKU.WS "Haber Global" telekanalına istinadən xəbər verir ki, saxlanılanlar ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıblar.
Prosedur başa çatdıqdan sonra məşhurların qan analizlərinin götürülməsi məqsədilə onlar Məhkəmə Tibb Müəssisəsinə göndəriliblər.
Qan nümunələri götürüldükdən sonra, prokurorluğun göstərişi ilə bütün şəxslər sərbəst buraxılıblar.
Oxşar xəbərlər
İnsanlar daim problemlərindən şikayətlənərək həyatlarındakı müsbət anları niyə görmürlər? - Tanınmışların fikirləri
Hər birimiz həyatımızda çətinliklərlə qarşılaşırıq. Xəstəlik, maddi sıxıntı, ailə problemləri, itkilər və s… Ancaq maraqlıdır ki, çox vaxt insanlar bu çətinlikl...