Türkiyədə bu halda bankomatlardan pul çəkmək mümkün olmayacaq

Bir çox ölkələrdə insanlar kart hesablarından pul çıxartmaq üçün bankomatlardan istifadə edərkən dələduzluq halları ilə qarşılaşırlar.
BAKU.WS xəbər verir ki, bundan əlavə, bank kartlarının oğurlanması, şifrələrin gizlin yolla əldə edilməsi səbəbindən vətəndaşların pulları oğurlanır.
Bunun qarşısını almaq üçün bir çox ölkədə müxtəlif addımlar atılır. Əsas addımlardan biri isə bankomatlarda əməliyyat edərkən şəxsin görüntüsünün qeydə alınmasıdır.
Bəzi ölkələrdə qəbul edilən qərara görə, əgər əməliyyat edən şəxsin görüntüsü kameraya düşməsə, o zaman əməliyyat etmək mümkün olmur.
Türkiyədə də bu sistemin tətbiqinə başlanılıb.
BAKU.WS xəbər verir ki, Türkiyə Məhkəmə-Hüquq İslahatları Strategiya Sənədi bankların və maliyyə institutlarının məsuliyyətlərini artıracaq və kibercinayətlərə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək.
Yeni tənzimləmə ilə bankomatın təhlükəsizlik kamerası ilə üz təsvirləri aşkarlana bilməyən şəxslər bankomat cihazları vasitəsilə əməliyyat apara bilməyəcək.
Oxşar xəbərlər
Kondisionerdən gündəlik istifadə edənlərin NƏZƏRİNƏ
Yay aylarının qızmar istisində kondisionerlər bir çox ev və iş yerlərində əvəzolunmaz texnologiyaya çevrilib. BAKU.WS xəbər verir ki, lakin mütəxəssislər bu ci...