Türkiyədə bina uçub, dağıntılar altında qalanlar var

Türkiyənin Konya vilayətində dördmərtəbəli bina uçub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Selçuklu rayonunda uçan binanın dağıntıları altında qaldıqları ehtimal olunan 5 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri başladılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları cəlb olunub.
Konya valisi İbrahim Akın binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.
***22:20
Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Səlçuqlu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.
Hazırda axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Arıqlamaq üçün edilən ağlasığmaz üsulların zərərləri: "Tərlədir, elə bilirlər ki, xeyirlidir"
Son zamanlar sosial platformalar və idman dünyasında "sürətli arıqlama" metodları geniş müzakirə mövzusuna çevrilib. Bu üsullardan bəziləri - xüsusi istehsal ol...
