Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 183 milyard dollara çatıb
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artaraq 183 milyard ABŞ dollarına çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi AK Partiyanın Rizedəki iclasında bildirib.
O qeyd edib ki, Türkiyə Qərblə köklü münasibətləri qorumaqla yanaşı, Şərqlə, xüsusilə Asiya ölkələri ilə yeni körpülər qurur və əməkdaşlığı inkişaf etdirir: "Hökumət olaraq çox fərqli cəbhələrdə, eyni vaxtda çoxqütblü mübarizə aparırıq. Daxildə iqtisadi problemləri həll etməklə yanaşı, ölkəmizdə terror bəlasını tamamilə aradan qaldırmağa səy göstəririk. Hər iki istiqamətdə müəyyən irəliləyiş əldə etmişik. İnflyasiyada azalma davam edir. İxracımız artır. Zəlzələ bölgələrində bərpa-quruculuq işləri davam etdirilir. Suriyadan Qəzzaya, Balkanlardan Türk dövlətlərinə qədər hər yerdə güclü Türkiyə missiyası ilə hərəkət edirik".
Oxşar xəbərlər
Arıqlama çayları və kofeləri alarkən diqqətli olun!
Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan arıqlama çayları və kofeləri, müxtəlif də...