Tofiq Bəhramov adına Respublika stadionu ESSMA-ya rəsmi olaraq üzv qəbul edilib
Tofiq Bəhramov adına Respublika stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.
BAKU.WS xəbər verir ki, bu üzvlük stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq.
Üzvlüklə bağlı ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib.
Paylaşımda 31 200 tamaşaçı tutumu olan, futbol üzrə Azərbaycan milli komandası və "Qarabağ" klubunun ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.
Oxşar xəbərlər
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Mingəçevir şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF1...