Təyyarədə həlak olan Faiq Mustafayevin dostu danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olan sərnişinlərdən biri də Faiq Mustafayevdir.
Onunla uzun müddət bir yerdə işləyən İlkin Əhmədoğlu BAKU.WS-ə açıqlamasında bildirdi ki, qəzada həlak olan Faiq Mustafayev xoş xasiyyətli biri idi.
"Uzun müddət bir yerdə çalışmışıq. Sonralar mən başqa işlə məşğul olmağa başladım. Evli idi, iki övladı vardı. Çeçenistana gedəcəkdi. Çox pis və ağır xəbər oldu", - deyə İlkin Əhmədoğlu bildirib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 10-u Zaqatala rayonundan olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...