Teymur Musayev: Ümid edirik "Vərəmsiz Mərkəzi Asiya" təşəbbüsü yaxın zamanlarda özünü doğruldacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün "Vərəmsiz Mərkəzi Asiya" təşəbbüsünün imzalanma mərasimi baş tutub və ümid etmək olar ki, bu layihə yaxın zamanlarda özünü doğruldacaq.
BAKU.WS xəbər verir ki, bunu "Report"un Qazaxıstan bürosuna açıqlamasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirilib ki, bu təşəbbüs 2030-cü ilə kimi Mərkəzi Asiya ölkələrində vərəmin tam eradikasiyası (mikroorganizmin tamamilə yox olması) kimi ambisiyalı bir layihə kimi qəbul edilir:
"Bu günkü layihə yalnız Mərkəzi Asiya yox Transxəzər təşəbbüs kimi irəli sürüb. Türk Dövlətləri Təşkilatı da bu təşəbbüsün daha da genişləndirilməsini dəstəkləyib. Ümid edirik burada istifadə olunan müalicə üsulları, yeni idarəetmə yanaşmaları, transxəzər olaraq Azərbaycanda da öz tətbiqini tapacaq".
T.Musayev TDT çərçivəsində bura üzv olan ölkələrdə də vərəmlə mübarizədə vahid yanaşmanın tətbiq olunacağını qeyd edib.
"Bu gün Azərbaycanın son 10 il ərzində vərəmlə mübarizədə əldə etdiyi uğurlar barədə məruzə olundu. Vərəm dünyada səhiyyə sistemləri üçün yeni çağırışlar yaradıb. Azərbaycan da bu təşəbbüsü irəli sürərək daha effektiv vərəmlə mübarizədə idarəetməni tətbiq edir", - nazir vurğulayıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...