Təbiətdə civənin səviyyəsini bu vasitə ilə azaltmaq olar: balıqlar və milçəklər

Avstraliyalı alimlər zolaqlı danio balıqlarını və meyvə milçəklərini genetik olaraq dəyişdirərək onların civəni neytrallaşdıran maddələr istehsal etməsinə nail olublar.
BAKU.WS xəbər verir ki, bu araşdırmanın nəticələri Nature Communications (NatCom) jurnalında dərc edilib.
Sənaye tullantıları səbəbindən su hövzələrinə düşən civə balıqların toxumalarında toplanır. İnsanlar tərəfindən istehlak edilən bu balıqlar sağlamlığa ciddi təhlükə yarada bilər.
Alimlər bu problemi həll etmək üçün zolaqlı danio balıqlarının və meyvə milçəklərinin DNT-sini dəyişdirərək onların genetik quruluşuna Escherichia coli (bağırsaq çöpləri) bakteriyasını əlavə ediblər. Bunun sayəsində orqanizmlər civənin toksik formasını təhlükəsiz maddələrə çevirən fermentlər istehsal etməyə başlayıb. Laboratoriya sınaqları göstərib ki, emal olunan civənin böyük hissəsi qaz halında buxarlanır və təbii mühit üçün təhlükə yaratmır.
Bundan əlavə, alimlər genetik modifikasiya olunmuş bu canlıların təbii şəraitdə çoxala bilməməsi üçün tədbirlər görüblər ki, bu da ekosistem üçün riskləri aradan qaldırır. Bu texnologiyanın təkcə təbii mühitdə deyil, həm də sənaye tullantılarının emalı prosesində istifadə oluna biləcəyi bildirilir.
Oxşar xəbərlər
Havanın temperaturu 13 dərəcəyədək artacaq - 04.03.2025
Bakıda və Abşeron yarımadasında martın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeor...
