Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər
Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikir Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini ilə görüşündə səsləndirilib.
Şuşada aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenilənməsi, əhalinin köçü barədə səfiri məlumatlandıran A.Kərimov bildirib ki, ölkənin mədəniyyət paytaxtının bərpa və yenidən qurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqın milli dəyərlərinə söykənir.
B.Helmini isə öz növbəsində gələcəkdə İndoneziyanın şəhərlərindən birinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə layiqli töhfə verə biləcəyini vurğulayıb.
Görüşdə, eyni zamanda, iki ölkə və xalq arasında ikitərəfli münasibətlər, dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.
Oxşar xəbərlər
Sabah 23 dərəcə isti olacaq
Bakıda aprelin 18-də havanın 21, rayonlarda isə 23 dərəcə isti olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat ya...